Uşaqlara dair strategiyanın həyata keçirilməsi üzrə tibbi təlimlər davam edir
18.06.2021 15:33
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"na uyğun olaraq TƏBİB-in və BMT-nin Uşaq Fondunun (UNICEF) tərəfindən dəstəklənən tibbi təhsil və tibbi təlimlər davam edir.
 
Aztibb.az xəbər verir ki, bu dəfə təlimlər Sumqayıt şəhərində keçirilib. Tədbirdə körpələrin 6 ayına kimi yalnız ana südü ilə qidalandırılması ilə bağlı müzakirələr aparılıb. Qeyd olunub ki, "Körpə dostu" strategiyasına görə bu işdə həkimlərimizin mühüm töhfəsi var. Xüsusən xəstəxana rəhbərliyi doğum evində yalnız ana südünün verilməsini dəstəkləməlidir.
 
Bildirilib ki, hamiləliyi izləyən ginekoloqlar ana ilə konsultasiya zamanı sahə həkimləri, neonatoloqlar, pediatrlar, tibb bacıları ana südünün faydalarını dəfələrlə xatırlatmalı, düzgün əmizdirməyi izah etməlidir:
 
"Ana südünü verərkən zəncir qırılmamalıdır. Hər ananın südü var və hər bir ana südü ilə balasını bəsləyə bilər. Yetər ki özünə əmin olsun".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib