AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib  
18.06.2021 16:02

Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Ümumi yığıncağı keçirilib.

 

Onlayn formada təşkil olunan yığıncağı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova açıb. O, ilk növbədə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin qəbulunun əhəmiyyətindən danışıb. Şuşa Bəyannaməsinin 15 İyun – Milli Qurtuluş Gününə və Qars müqaviləsinin 100-cü ildönümü tarixinə təsadüf etməsinin xüsusi önəm daşıdığını vurğulayan akademik İradə Hüseynova bu sənədi ulu öndərin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi xəttinin daha bir uğuru kimi qiymətləndirib.

 

Yığıncağın sədri daha sonra iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

 

Birinci məsələ AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru vəzifəsinə seçkilərin keçirilməsi olub. Akademik İradə Hüseynova qeyd edib ki, AMEA prezidentinin təqdimatına və AMEA Rəyasət Heyətinin 8 yanvar 2021-ci il tarixli qərarına müvafiq olaraq, adıçəkilən vəzifəyə AMEA-nın müxbir üzvü Əlövsət Quliyevin namizədliyi irəli sürülür.

 

Akademik İradə Hüseynova namizədin həyat yolu, elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı yığıncaq iştirakçılarını məlumatlandırıb. O bildirib ki, Əlövsət Gülüş oğlu Quliyev 1973-2015-ci illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda (Naxçıvan Dövlət Universiteti) müəllim və kafedra müdiri vəzifələrində çalışıb. 2015-ci ildən hal-hazıra kimi AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktorudur. Alim 2008-ci ildə aqrar elmlər doktoru elmi dərəcəsini, 2011-ci ildə professor elmi adını alıb, 2017-ci ildə AMEA-nın müxbir üzvü seçilib. Əsas elmi nailiyyətləri Naxçıvan Muxtar Respublikasının suvarılan torpaqlarında təkrar şorlaşma və ona qarşı mübarizə yollarına dair eksperimental nəticələr əsasında torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması olub. Azərbaycan kəhrizlərinin öyrənilməsində Əlövsət Quliyevin əhəmiyyətli xidmətləri var. O, 160-dan çox (49-u xaricdə) elmi əsərin, o cümlədən 12 kitabın, 2 dərsliyin müəllifidir.

 

Sonra aparılan müzakirələrdə akademik Cəmil Əliyev, akademik Tariyel Talıbov, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov, AMEA-nın müxbir üzvü Amin İsmayılov və başqaları çıxış edərək Əlövsət Quliyevin elmi və elmi-təşkilati fəaliyyətini yüksək qiymətləndiriblər.

 

Daha sonra AMEA-nın müxbir üzvü Əlövsət Quliyev açıq səsvermə yolu ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru vəzifəsinə seçilib və təsdiq edilməsi üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması barədə qərar qəbul olunub.

 

Sonra akademik İradə Hüseynova AMEA Rəyasət Heyətinin “AMEA-nın 27 may 2021-ci il tarixli Ümumi yığıncağının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciətindən, çıxışlardan və qərarlardan irəli gələn vəzifələr haqqında” 10 iyun 2021-ci il tarixli qərarı haqqında məlumat verərək, bu mühüm qərarla bağlı bölmə institutlarının görməli olduqları işlər haqqında danışıb.

 

Sonda gündəlikdəki digər məsələlərin müzakirəsi aparılıb. 

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
ATU tələbələri Türkiyədə kliniki təcrübə proqramında iştirak ediblər
Neftçalada
İsmayıl Əfəndiyev Balakən Gömrük İdarəsində insan alverinə qarşı mübarizəyə dair təlim keçirib
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
 Naftalan Şəhər Mərkəzi Xəstəxanasında profilaktik peyvənd tədbirləri davam etdirilir   
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
Ağlama səsindən xəstəliyin təyini - Körpə səslərini analiz edən süni intellekt
Mərkəzi Gömrük Hospitalının uroloqu AZTV-yə müsahibə verib
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Prezident elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?