Mərkəzi Gömrük Hospitalında tibb işçilərinin peşə bayramına həsr edilmiş tədbir keçirilib - Fotolar
18.06.2021 13:32
İyunun 17-də Mərkəzi Gömrük Hospitalında Tibb İşçilərinin Peşə bayramı Gününə həsr edilmiş tədbir keçirilib.
 
Aztibb.az xəbər verir ki, tədbirdə öncə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin Mərkəzi Gömrük Hospitalının əməkdaşlarına ünvanladığı videomüraciət dinlənilib. Videomüraciətdə komitə sədri Mərkəzi Gömrük Hospitalının fəaliyyətini yüksək qiymətləndirərək bütün tibb işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara çətin, müqəddəs və şərəfli işlərində uğurlar arzulayıb.
 
S.Mehdiyev Azərbaycanda səhiyyə sisteminin inkişafının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, məhz onun uzaqgörən siyasətinin nəticəsi olaraq qısa zaman kəsiyində bu sahədə uğurlu addımlar atıldığını bildirib.
 
Vurğulanıb ki, ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən səhiyyə sahəsində həyata keçirilən islahatlar, ən müasir avadanlıqlarla təchiz edilən yeni xəstəxanaların inşa olunması, tibb xidmətlərinin əlçatanlığının təmin edilməsi, iri şəhərlərlə yanaşı, ucqar yaşayış məntəqələrində də səhiyyə ocaqlarının fəaliyyətə başlaması dövlətimiz tərəfindən insanların sağlamlığına verilən dəyərin göstəricisisdir.
 
Komitə sədri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da bu sahədəki fəaliyyətini xüsusilə qeyd edib, Heydər Əliyev Fondu tərəfindən keçirilən xeyriyyə aksiyaları çərçivəsində müxtəlif xəstəliklərdən əziyyət çəkən minlərlə insanların müayinə və müalicə alaraq sağlamlıqlarına qovuşduqlarını bildirib. S.Mehdiyev xüsusilə, COVID-19 pandemiyası dövründə Tibb Xidməti İdarəsi və Mərkəzi Gömrük Hospitalının səmərəli fəaliyyətinin ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
 
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov çıxış edərək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü əsasında 20 ildir 17 iyunun tibb işçilərinin peşə bayramı günü kimi qeyd edilməsini ölkənin sosial inkişafında, əhalinin sağlamlığının qorunmasında əvəzsiz rolu olan səhiyyə işçilərinə diqqət və qayğının nümunəsi olduğunu vurğulayıb.
 
Tədbirdə çıxış edən Mərkəzi Gömrük Hospitalının baş həkimi Elman Məmmədov koronavirusla mübarizə və Vətən müharibəsinin gedişində Mərkəzi Gömrük Hospitalının uğurlu fəaliyyəti üçün həm tibbi personal, həm də maddi texniki təchizat baxımından işin ardıcıl və sistemli şəkildə təşkili barədə məlumat verib. Hər iki cəbhədə mübarizə aparan tibb işçilərinin ümumi uğurda rolunun xüsusi əhəmiyyətə malik olduğunu qeyd edən Elman Məmmədov bütün personalı təbrik edib, uğurlu fəaliyyətin davamlı olacağına inandığını qeyd edib.
 
Tədbirdə eyni zamanda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi Dr. Rəşad Mahmudov “Azərbaycanda səhiyyənin inkişafı ilə bağlı dövlətin həyata keçirdiyi siyasət: dəyişikliklər və inkişaf”, Mərkəzi Gömrük Hospitalın rəis müavini Dr.Bəxtiyar Musayev “Pandemiya ilə mübarizədə Azərbaycan səhiyyə işçisinin rolu-ön cəbhənin qəhrəmanları”, Mərkəzi Gömrük Hospitalının təcili yardım həkimi, Vətən müharibəsi iştirakçısı Dr. Racu Nəbiyev “Qalib ölkənin qalib səhiyyə işçisi-müharibədə həkim olmaq” mövzularında çıxışlar ediblər.
 
Sonda xidmətdə fərqlənən əməkdaşlar Dövlət Gömrük Komitəsi, Səhiyyə Nazirliyi və Komitənin Tibbi Xidmət İdarəsi tərəfindən xüsusi rütbələr, fəxri fərmanlar və döş nişanları ilə təltif olunublar.
  
"ZOOM" platforması üzərindən bütün personalın onlayn şəkildə iştirak etdiyi tədbir sonda Mərkəzi Gömrük Hospitalının tibb işçilərinin fəaliyyətini əks etdirən fotokollajın nümayişi ilə yekunlaşıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub