Dünyanın 29 ölkəsində koronavirusun yeni ştamı aşkarlanıb
17.06.2021 13:51

Dünyanın 29 ölkəsində, əsasən də yarandığı ehtimal olunan Cənubi Amerikada koronavirusun “Lambda” adlandırılan yeni ştamı aşkarlanıb.

 

Sinxua agentliyi xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

 

İlk dəfə iyunun 14-də Peruda qeydə alınan “Lambda” ştamı Cənubi Amerikada “yüksək yayılma səviyyəsinə” görə “maraq doğuran” variant kimi qəbul olunub. Perunun hakimiyyət orqanlarının məlumatına görə, “Lambda” 2021-ci ilin aprelindən bəri ölkədə qeydə alınan yoluxma hallarının 81 faizini təşkil edib.

 

Çilidə isə son 60 gündə qeydə alınan yoluxma hallarının 32 faizinə bu ştam səbəb olub. Eyni zamanda, digər ölkələr, o cümlədən Argentina və Ekvador da yeni ştamın yüksək yoluxuculuq təsirinə məruz qalıb. O, yoluxuculuğuna görə yalnız ilk dəfə Braziliyada aşkarlanan “Gamma” ştamından geri qalır.

 

ÜST-ün məlumatına görə, “Lambda” ştamı virusun yoluxma qabiliyyətini və ya onun anticisimlərə qarşı müqavimətini artıra biləcək mutasiyalara malikdir. Lakin qurum yeni ştam barədə kifayət qədər məlumatın olmadığını və onun daha yaxşı öyrənilməsi üçün əlavə tədqiqatlara ehtiyac duyulduğunu bildirib.

 

Dünya KİV-lərinin barəsində tez-tez yazdığı “narahatlıq yaradan” variantlardan fərqli olaraq, “maraq doğuran” variantlar tibbi təşkilatlar tərəfindən izlənilsə də, hələlik ictimai sağlamlıq üçün ciddi təhlükə yaradan variantlar kimi tanınmayıb.

 

Buna “Delta” ştamını misal göstərmək olar. İlk dəfə Hindistanda aşkarlanan və “maraq doğuran” variant adlandırılan ştam dünyada sürətlə yayıldığı üçün 2021-ci il mayın 11-də ÜST tərəfindən “narahatlıq yaradan” variant kimi qeydə alınıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir