Ümumdünya Qan Donorları Gününə həsr edilmiş vebinar keçirilib
14.06.2021 20:31
TƏBİB və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin birgə təşkilatçılığı ilə 14 iyun Ümumdünya Qan Donorları Gününə həsr edilmiş vebinar keçirilib.
 
Aztibb.az xəbər verir ki, tədbirdə giriş sözü ilə çıxış edən Davamlı tibbi təhsil və tibbi təlimlər şöbəsinin müdiri, t.e.d. Emil İskəndərov “Ümumdünya Qan Donorları günü”nün təsis edilməsi və hər il keçirilməsinin əhəmiyyətindən söz açıb.
 
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin direktoru Valeh Hüseynov çıxış edərək qanköçürmə sahəsində, eyni zamanda qan donorları ilə çalışan tibb işçilərinin fəaliyyətinin əvəzsiz olduğunu qeyd edib. Qan təchizatı işçilərinin Vətən müharibəsi və COVID-19 pandemiyası zamanı gördüyü işlərin olduqca böyük əhəmiyyət kəsb etdiyini bildirib.
 
Mərkəzi Qan Bankının müdiri Qumral Ələkbərova qan donorluğu və qan təchizatı sahəsində görülən işlər barədə geniş məlumat verib və perspektivlərdən danışıb.
 
“Hemofiliyalı Xəstələr”, “Qan donorları Assosiyasiyası” və “Qəhrəman Qan Donorları” İctimai Birliklərinin üzvlərinin iştirak etdiyi tədbirdə bir çox təkliflər səsləndirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub