“Mən əczaçıyam” adlı vebinar keçirilib
14.06.2021 16:55
Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinin rəhbərliyi “Mən əczaçıyam” adlı vebinar təşkil edib.
 
Aztibb.az-ın xəbərinə görə, 3 gün davam edən vebinarda “Tənzimləyici qurum və təşkilatlarda əczaçının yeri və rolu”, “Əczaçıların elmi və praktiki istiqamətləri”, “Əczaçılığın müxtəlif istiqamətləri” mövzuları ətrafında aktual məsələlər müzakirə olunub.
 
Vebinarı giriş sözü ilə Əczaçılıq fakültəsinin dekanı, dosent Kamandar Yaqubov açıb. O, ölkəmizdə əczaçılığın yaranma tarixi, əczaçıların təşkilatlarda yeri və rolu, bu sahədəki bəzi çatışmazlıqlar, universitetin beynəlxalq reytinqi və digər məsələlərdən söhbət açıb.
 
Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyi, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi, Qida Təhlükəsizliyi Agentliyi, Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi, TƏBİB-in Elmi-Tədqiqat və Təhsil Departamenti, Hacettepe Universiteti, Almaniyanın “Bi-aphotheke” şirkəti və digər müəssisələrin nümayəndələri iştirak ediblər.  
 
Geniş diskussiya formatında keçən vebinarın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub