Təhlükəsiz donor qanına ehtiyac günbəgün artır - “Qan Donorları Assosiasiyası”
14.06.2021 13:47

Könüllü qan vermə artıq bir mədəniyyətə çevrilib.

 

Bu sözləri “Qan Donorları Assosiasiyası” ictimai birliyinin sədri Fuad Əsgərov bildirib.

 

Hər il bütün dünyada 14 iyun – Ümumdünya Qan Donoru Günü kimi qeyd olunur. Bu günün keçirilməsi qərarı 2005-ci ilin mayında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Assambleyasında qəbul edilmiş könüllü qan donorluğunu dəstəkləyən bəyanatda verilib. “Həyat bəxş et: qan donoru ol!” şüarı altında həyata keçirilən ilk kampaniyanın məqsədi könüllü qan donorlarına hörmət və ehtiramı nümayiş etdirmək, cəmiyyətdə donor qanına olan ehtiyac və zəruriyyəti vurğulamaq, həyatı xilas etmək, sağlamlığın səviyyəsini artırmaq üçün qan donorluğuna yeni insanları cəlb etməkdir.

 

Kifayət qədər təhlükəsiz qan ehtiyatının yaradılması hər bir ölkənin səhiyyə sahəsində milli siyasətin ayrılmaz hissəsi olmalıdır. Təhlükəsiz donor qanına ehtiyac günbəgün artır. Təcrübələr göstərir ki, ən təhlükəsiz olan məhz könüllü, təmənnasız donorların qanıdır. Təhlükəsiz qan, onun komponentləri və preparatları hər il minlərlə hamiləlik və doğuş zamanı ağırlaşması olan qadınları, körpələri, müxtəlif şəraitlərdə xəsarət alanları və digərlərini ölümdən xilas etməyə kömək edir. Azərbaycanda hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması olduqca vacibdir və donor qanına tələbatı artırır.

 

Çox sevindirici haldır ki, ölkəmizdə insanlar arasında könüllü qan donorluğu artıq bir mədəniyyətə çevrilib. Bir çox hallarda insanlar sərbəst şəkildə heç bir dəvət olmadan Mərkəzi Qan Bankına yaxınlaşır və ehtiyacı olan insanlarla öz qanlarını paylaşırlar. Təbii ki, bu illərdən bəri çəkilən əziyyətlərin bəhrəsidir. Yaxın keçmiş ilə müqayisədə insanların qan donorluğuna yanaşması və münasibəti tamamilə dəyişib. Qan Donorları Assosiasiyasının illərdən bəri qazandığı beynəlxalq təcrübəsi ölkədə aparılan maarifləndirmə və təbliğat layihələrində öz əksini tapır və yaxın gələcəkdə daha genişmiqyaslı layihələrlə bu fəaliyyətini genişləndirəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər