Tibb Universiteti növbəti onlayn simpoziumda təmsil olunub
14.06.2021 11:59

Azərbaycan Tibb Universiteti (ATU) “COVID-19 pandemiyası kontekstində tibbi təhsil” mövzusunda onlayn formatda keçirilən beynəlxalq simpoziumda təmsil olunub.


Universitetin mətbuat xidmətindən Aztibb.az-a bildiriblər ki, Ukraynanın Xarkov Milli Tibb Universiteti tərəfindən keçirilən tədbirdə ATU-nun tibb təhsili və innovasiya şöbəsinin müdiri Aynur Orucova “COVID -19 pandemiyası zamanı Azərbaycan Tibb Universitetində tibb təhsilində olan müsbət və mənfi cəhətlər” mövzusunda çıxış edib.


Çıxışında Aynur Orucova Azərbaycan Tibb Universiteti haqqında ümumi məlumatla yanaşı, COVID-19 pandemiyası dövründə ali məktəbdə distant təhsilin təşkili, elektron tədris sistemi (ETS), hibrid təhsil prosesi haqqında da ətraflı bilgi verib. Simpozium iştirakçılarına? həmçinin mayın 26-da Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən keçirilən “Əlyuma və steril əlcəkgeyinmə“ onlayn təlimi barəsində də məlumat verilib. Elmi toplantıda Ukrayna, Özbəkistan və Qazaxıstandan olan mütəxəssislər, həmin ölkələrin tibb universitetlərinin əməkdaşları öz təcrübələrini bölüşüblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub