Patoloji anatomiya üzrə VEBİNAR keçirilib
13.06.2021 12:52
Azərbaycan Tibb Universitetində (ATU) rezidenturaya hazırlaşan tələbələrə yardım məqsədilə növbəti vebinar baş tutub. Bu dəfə "Rezidenturaya birlikdə hazırlaşaq" layihəsi çərçivəsində patoloji anatomiya fənni üzrə tədbir keçirilib. Vebinara 250-yə yaxın tələbə və məzun qoşulub.
 
Vebinarda ATU-nun əməkdaşları — kafedranın tədris hissə müdiri, dosent Müşfiq Orucov və dosent İlahə Kərimova fənn üzrə önəmli mövzularla bağlı mühazirə söyləyiblər. Pataloji anatomiya üzrə iştirakçıları maraqlandıran suallar da cavablandırılıb.
 
Qeyd edək ki, "Rezidenturaya birlikdə hazırlaşaq" layihəsi Azərbaycan Tibb Universiteti (ATU), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və ATU-nun Tələbə Gənclər Təşkilatının (ATU TGT) birgə təşkilatçılığı ilə həyata keçirilir.
 
Ənənəvi olaraq "Zoom" proqramı üzərindən baş tutan görüş Tələbə Gənclər Təşkilatının "Facebook" səhifəsində canlı yayımlanıb.
ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
ATU tələbələri Türkiyədə kliniki təcrübə proqramında iştirak ediblər
İsmayıl Əfəndiyev Balakən Gömrük İdarəsində insan alverinə qarşı mübarizəyə dair təlim keçirib
Neftçalada
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Ağlama səsindən xəstəliyin təyini - Körpə səslərini analiz edən süni intellekt
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
Mərkəzi Gömrük Hospitalının uroloqu AZTV-yə müsahibə verib
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Prezident elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Yay aylarında bu qidalar zəhərlənmə riskini artırır