Kosmetik vasitələr virus daşıyıcısıdır? - AÇIQLAMA
21.08.2020 15:18

Göz karandaşı və dodaq boyası kimi kosmetik vasitələr yeni növ koronavirusun yayılmasına səbəb ola bilər.

 

Bu barədə Türkiyənin Hacettepe Universitetinin Tibb fakültəsinin professoru Mehmed Ceyhan yerli mətbuata açıqlamasında deyib. Professorun fikrincə, bu risk xüsusilə qadın gözəllik salonlarında daha yüksəkdir.

 

Türkiyədə olduğu kimi Azərbaycanda da gözəllik salonları və qadın kosmetika mağazaları karantin rejiminin müəyyən mərhələlərində fəaliyyət göstərən sahələrdən olub. Azərbaycanın baş infeksionisti Cəlal İsayev də bu faktı təsdiqləyib və bildirib ki, ölkəmizdə də bu sahə koronavirusun yayılmasında əsəs mənbələrdən ola bilər:

 

“Gözəllik salonlarında hər müştəridən sonra mütləq şəkildə onun oturduğu yer dezinfeksiya olunmalıdır, mərkəzlərdə kosmetik vasitələr sterilizə edilməlidir. Ümumiyyətlə vaxtaşırı həmin obyektlərə nəzarət olunmalıdır ki, orada yalnız xidmət göstərilən müştərilər olsun, başqa kənar adamlar məkana daxil olmasın. Bu kimi nəzarətlər vacibdir. Gözəllik salonları yoluxma nöqteyi-nəzərdən riskli sahə hesab olunur”.

 

C.İsayev qadın kosmetika mağazalarında test üçün nəzərdə tutulan əşyalardan istifadə etməməyi tövsiyə edib. Belə ki həmin əşyalar virus daşıyıcısı ola bilər: “Bu cür əşyalar əldən-ələ keçirsə, demək virus daşıyıcısı ola bilər”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır