Küveyt Dövləti Respublika Klinik Uroloji Xəstəxanasına müasir avadanlıqlar hədiyyə edib
21.08.2020 13:36

Küveyt Dövlətinin Azərbaycan Respublikasındakı səfirliyi Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasına (RKUX) böyrək xəstələrinin cərrahi müdaxilə olmadan müalicəsi üçün müasir tibbi avadanlıqlar hədiyyə edib. Sözügedən avadanlıqların təqdimatı mərasimində Küveytin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Səud Əbdüləziz əl-Rumi və səfirliyin müşaviri Feysal əl-Mutairi, eləcə də xəstəxananın rəhbər şəxsləri də iştirak edib.

 

Aztibb.az xəbər verir ki, bu barədə xəstəxanadan məlumat verilib.

 

Tədbirdə çıxış edən səfir Səud Əbdüləziz əl-Rumi bildirib ki, hədiyyə edilən tibbi avadanlıqlar ən son texnologiyaya əsaslanır və böyrək xəstəliklərindən əziyyət çəkən xəstələrin müalicəsi üçün nəzərdə tutulub.

 

RKUX-nin baş həkimi Əli Babayev səfirliyə göstərdiyi yardıma görə dərin təşəkkürünü bildirərək, diplomatik nümayəndəlik və xəstəxana arasında əməkdaşlığın bundan sonra da davam edəcəyinə ümidvar olduğunu deyib.

 

Daha sonra xəstəxanada yaradılan şəraitlə tanış olan səfir orada müalicə olunan xəstələrin vəziyyəti ilə maraqlanıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub