Ağdamda ÜST-ün "Sağlamlıq xəmsəsi" layihəsi ilə bağlı tədbir keçirilib 
10.06.2021 14:13

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanın münaqişənin təsirinə məruz qalmış beş rayonunda "Sağlamlıq xəmsəsi" layihəsinin icrasını davam etdirir. Layihənin icrası Bərdə rayonundan sonra Ağdamda davam etdirilib. Bununla bağlı Ağdam Mərkəzi Rayon Xəstəxanasında təşkil olunan tədbirdə ÜST-ün Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı və Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov da iştirak edib.

 

V. Həsənov bildirib ki, beynəlxalq təşkilatların münaqişədən əziyyət çəkən rayonlarla bağlı həyata keçirdiyi layihələr, bu kimi səfərlər və göstərilən dəstək Azərbaycan dövlət başçısının apardığı siyasətin, danışıqların nəticəsidir: “Bu gün Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı TƏBİB-in və Səhiyyə Nazirliyinin nümayəndələri ilə birlikdə Ağdama tibbi yardım gətirib. Ümumdünya Səhiyyə Təşkilatı son iki ildə bizim rayon əhalisi ilə sıx əlaqədə olan təşkilatdır. Bu qurum digər beynəlxalq təşkilatlara örnək olacaq təşkilatdır. Onlar Ağdamın ayrı-ayrı kəndlərdə tibbi yardıma ehtiyacı olan sakinlərə yardım göstərirlər. Bunlar hamısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin beynəlxalq təşkilatlarla yaratdığı əlaqələrin nəticəsidir“.

 

ÜST-ün Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı isə bildirib ki, layihə çərçivəsində Bərdə, Ağdam rayonlarından sonra Tərtər və Füzuliyə tibbi yardım çatdıracaqlar. Göstərilən tibbi xidmət müharibə nəticəsində insanların sağlamlığına dəyən ziyanın aradan qaldırılması məqsədi güdür: “Müharibə insanların sağlamlığına ciddi ziyan vuran bir durumdur. Bizim qruplar 5 bölgənin kəndlərinə gedəcək. Bunlar ən ucqar kəndlərdir. Həkimlərimiz, psixoloqlarımız həmin kəndlərə ezam olunur. Biz istəyirik ki, bu layihə bir müddət davam etsin. Elə edək ki, mobil qruplara ehtiyac olmasın. Azərbaycanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB kimi qurumlar yaradılıb. İnanırıq ki, Azərbaycanda çox güclü səhiyyə sistemi formalaşacaq. Biz də öz kiçik yardımlarımızla dəstək olacağıq“.

 

Qeyd edək ki, Füzuli, Ağcabədi, Ağdam, Bərdə və Tərtər regionlarını əhatə edən “Sağlamlıq xəmsəsi” layihəsinin məqsədi, təxminən 650.000 əhalisi olan bir bölgədə silahlı qarşıdurma və COVID 19-un təsirini səhiyyənin üzərində minimuma endirmək və psixo-sosial dəstək verməkdir. Layihə yerli işçi qüvvəsinin səhiyyə xidmətinin stabilləşdirilməsi səylərinin gücləndirilməsini hədəfləyir. Layihənin əsas məqsədləri ucqar bölgələrdə səhiyyə xidmətlərinə əlçatanlığın təkmilləşdirilməsi, 3 psixoloq və tibbi səyyar qrupları cəlb edərək psixi sağlamlıqla bağlı çətinlik yaşayan insanlara psixi sağlamlıq və psixo-sosial dəstək vermək, Ağdam, Bərdə, Tərtər, Ağcabədi və Füzulinin seçilmiş 25 məntəqəsində 5 tibbi səyyar komanda vasitəsi ilə zəruri səhiyyə xidmətləri göstərmək və ÜST-ün psixi sağlamlıq üzrə protokollarının və təlimatlarının tərcüməsini təşkil etməkdir.

 

Layihə çərçivəsində sözügedən 5 rayona 10 ədəd avtoklav, 10 ədəd oksigen konsentratoru, 480 qutu antigen testi, 38 adda avadanlıq və 101 adda dərman vasitəsi paylanacaq.

 

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib