Hemofiliya məktəbinin keçirilməsinə start verilir
10.06.2021 12:22
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası hər il olduğu kimi, "İndividual yanaşma ilə sağlamlığa doğru" adlı Hemofiliya məktəbinin keçirilməsinə start verir.
 
Aztibb.az xəbər verir ki, 16-25 iyun 2021-ci il tarixlərində keçiriləcək Hemofiliya məktəbində aşağıdakı təlimlər nəzərdə tutulur:
 
- Hemofiliya və onun inhibitor forması haqqında ətraflı məlumat, qanaxmaların dərəcəsinə uyğun faktor preparatlarının istifadə qaydası və ilkin tibbi yardım.
 
- Digər laxtalanma pozğunluğu ilə olan xəstəliklər haqqında məlumat və spesifik yanaşma;
 
- Hemofiliyanın fəsadların qarşısının alınması və aradan qaldırılmasında fizioterapevtik müalicənin faydası;
 
- Damar daxili infeksiyalara dair praktiki təlimlər;
 
- Həkimlə onlayn konsultasiyalar.
 
Təlimlər karantin rejimi nəzərə alınaraq hibrid formatında keçiriləcək.
 
Hemofiliya məktəbində iştirak etmək istəyənlər şəxsiyyət vəsiqəsi və xəstəlik haqqında sənədin surətini ayazhuseynov88@gmail.com elektron ünvanına göndərərək qeydiyyatdan keçə bilər.
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib