Saxta əlilin həkim qadına əl qaldırması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib - VİDEO  
07.06.2021 21:51

Əyani müayinə zamanı müharibə ilə əlaqədar əlilliyinin saxta olduğu aşkar edilən Bərdə rayon sakini Mustafayev Şamail Hümbət oğlunun müayinəni həyata keçirən komissiyanın üzvü həkim-ekspert qadını döyməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.

 

Aztibb.az xəbər verir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən verilən məlumata görə, əlillik təyinatı sisteminin şəffaflaşdırılması tədbirləri davam etdirilir. Əvvəlki dövrlərdə hərbi səbəblərlə əlaqədar saxta əlillik təyinatları aşkara çıxarılaraq ləğv edilir, saxta “müharibə əlili” statusu adı altında müharibə əlillərinin haqqına girənlərin qeyri-qanuni sosial ödənişlər almasının qarşısı alınır.

 

Bu məqsədlə aidiyyəti qurumların və qeyri-hökumət təşkilatları nümayəndələrinin də iştirakı ilə əyani müayinələr (videoçəkilişləri də aparılmaqla) keçirilir.

 

Son əyani müayinələrin birində Ş.Mustafayevin 2016-cı ildə Bərdə Rayon Mərkəzi Xəstəxanasının onun barəsində rəsmiləşdirdiyi göndərişdəki diaqnoz (“kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri, postravmatik ensefalopatiya” və s.) təsdiqini tapmayıb. Ümumiyyətlə, onun sağlamlıq durumunda heç bir əlillik əlaməti olmadığı və beş il əvvəl "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar" ona aparılmış ikinci dərəcə əlillik təyinatının da saxta olduğu müəyyən edilib.

 

Müayinə zamanı Ş.Mustafayev gözlənilmədən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qadın həkim-ekspertinə hücüm edərək onu yumruq zərbələri ilə döyməyə başlayıb və nalayiq ifadələr işlədib. (video linkdə)

 

Ötən dövrdə saxta, “müharibə əlili” statusu adı altında, haqqı çatmadan dövlətdən pensiya və təqaüd formasında hər ay 1300 manatdan yuxarı sosial ödəniş alan Ş.Mustafayevin hərəkətinə hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə müraciət olunub.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib