Uşaq xəstəxanasının vəzifəli şəxsləri barədə cinayət işi başlandı
07.06.2021 21:48

1 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasının vəzifəli şəxsləri barədə cinayət işi başlanıb.

 

Aztibb.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 1 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasının vəzifəli şəxsləri tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə onlara etibar edilmiş özgə əmlakını mənimsənilərək dövlətə xeyli miqdarda ziyan vurulması faktı ilə bağlı hazırda Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi başlanmaqla istintaq aparılır.

 

Xatırladaq ki, cinayət işi ABŞ vətəndaşı olan azərbaycanlının şikayəti əsasında açılıb.

 

Belə ki, adıçəkilən xəstəxananın 3-cü şöbəsinin tibb bacısı işləmiş İbrahimova İradə Gülbala qızı 23 iyul 2013-cü il tarixdə ölkə hüdudlarını tərk edərək Macarıstana gedib və bu ölkədə yaşayıb. Amma buna baxmayaraq o, Bakıdakı işindən azad olunmayıb.

 
Nəticədə 2013-cü ilin iyul ayından 2016-cı ilin fevral ayına kimi İ.İbrahimovanın adı 1 saylı Uşaq Yolxucu Xəstəlikləri Xəstəxanasın əməkdaşları siyahısında saxlanılıb. Xidməti vəzifələrini icra etmədiyi halda qeyd edilən müddətdə xəstəxananın vəzifəli şəxsləri tərəfindən hər ay üzrə müxtəlif məbləğdə, ümumilikdə isə 7054 manat 76 qəpik pul vəsaiti onun adına əmək haqqı kimi hesablanıb. Həmin pullar müvafiq sənədlərlə rəsmiləşdirilib və Azərbaycan Beynəlxalq Bankının plastik əmək haqqı kartına köçürülməklə Avtomatlaşdırılmış Terminal Məntəqələrində nağdlaşdırılıb.

 

ABŞ vətəndaşı olan azərbaycanlı məsələdən xəbər tutub və bu barədə bir neçə dəfə hüquq-mühafizə orqanlarına müraciət edib. Mayın 24-də Nizami Rayon Prokurorluğunda 1 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasının vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə və ya israf etmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib