Psixologiyanın aktual problemlərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
07.06.2021 10:55

Qərbi Kaspi Universitetində 19-20 iyun 2021-ci il tarixlərində “Psixologiyanın aktual problemləri: yeni perspektivlər, yeni mülahizələr və yeni düşüncələr” adlı beynəlxalq konfrans keçiriləcək.

 

Aztibb.az xəbər verir ki, konfransda psixologiyanın aktual elmi istiqamətlərindən olan irsi xəstəliklərdə psixoloji simptomlar, yeni psixofizioloji eksperimental nəticələr, müasir neyropsixoloji problemlər, psixologiya sahəsində alınan nəticələr və elmi nailiyyətlər, psixologiya elminin hüquqi cəhətdən təmin olunması, psixologiya elminin bəşəriyyətə təsiri və cəmiyyətin inkişafında rolu, psixologiya və digər elm sahələrinin qarşılıqlı əlaqələri və s. mövzuların alimlər tərəfindən müzakirə edilməsi gözlənilir. Beynəlxalq konfransın (onlayn) əsas məqsədi elmi nailliyyətlərin mübadiləsi, gələcək elmi tədqiqatların təkmilləşdiriliməsi üçün yeni elmi əlaqələrin yaradılmasıdır. Gənc tədqiqatçıların elmi biliklərinin təkmilləşdirilməsi və təcrübə toplaması üçün imkan yaradılacaq.

 

Konfransda aşağıda qeyd olunan mövzularda aparılan tədqiqatlara aid mühazirələrin dinlənilməsi planlaşdırılır:

 

- Ümumi psixologiyanın müasir vəziyyəti;
- Patopsixologiya və klinik psixologiya: irsi və MSS-nin xəstəliklərinin aktual problemləri;
- Nevroz, autizm, depressiya və nevrodegenerativ xəstəliklərin yaranma mexanizmlərinə yeni baxışlar;
- Defaktologiya: oliqofreniya, loqopediya, surdopedaqogika, tiflopedaqogika, ambliologiya və s.
- Stress, emosional gərginlik və həyəcanın koqnitiv proseslərlə qarşılıqlı əlaqələrinin tədqiqi və alınmış nəticələrin tətbiqi;
- Psixodioqnostika və neyrofarmokologiya;
- Təlimin neyrofiziologiyası və neyropsixoloji problemlərin müasir həlli yolları;
- Psixofiziologiyada yeni eksperimental üsullar və nəticələr;
- Hüquq psixologiyası;
- Din və etno psixologiya: dövrün tələbləri və multikulturalizm;
- Yaş psixologiyası: Uşaq və yeniyetmələr psixologiyası; Gerontopsixologiya;
- Ailə və məişət psixologiyası;
- Yaradıcılıq psixologiyası;
- Pedaqoji psixologiya;
- Ekstremal şəraitlərdə sosial psixoloji yardım və profilaktika üsulları;
- Psixologiya elminin digər elm sahələri ilə ( sosiologiya, psixatriya, nevrologiya və s.) ilə qarşılıqlı əlaqələri.

 

Konfransda iştirak etmək istəyənlər aşağıda tələb olunan qaydada yazılmış məqaləni psychology.conference2021@wcu.edu.az ünvanına göndərməlidir.

 

Konfrans üçün qəbul olunan məqalələrə tələblər:

 

1. Konfransın dili: Azərbaycan, rus, ingilis

2. İştirak forması: məruzə, qiyabi iştirak (yalnız tezis çapı ilə)

3. Məqalənin yazılış tələbatı: A4 formatlı kağızda (hər tərəfdən 2,0 sm) Times New Roman şrifti, 14 ölçü (keql), 1,0 interval, 1-6 vərəq həcmində.

4. Məqalənin adı: böyük hərflərlə ortada yazılmalı.

5. Müəllifin adı, atasının adı və soyadı, elmi dərəcəsi (varsa), işlədiyi və ya oxuduğu yer göstərilməli, əlaqə telefonu, e-maili qeyd olunmalıdır.

6. Məqalənin mətni: giriş hissə, metodika, alınmış nəticələr və müzakirə, açar sözlər (5-8 –dən artıq olmamaq şərtilə), qrafik təsvirlər, cədvəllər Microsoft Word proqramında işlənməli və mətnin arasında verilməli, ədəbiyyat siyahısı 5-8 istinad olmaqla, original dildə (əvvəl Azərbaycan dili, sonra rus və ingilis dillərində, ən sonda isə internet səhifələri yazılmaq şərtilə) verilməlidir.

7. Xülasələr məqalənin dilindən əlavə 2 dildə tərtib olunmalı, məqalənin adı, açar sözləri daxil olmaqla 200 simvoldan artıq olmamalıdır.

8. Məqalələr və müəllif haqqında məlumat anketi (anketə daxil olmalıdır: müəllifin soyadı, atasının adı, emaili, iş ünvanı, telefon nömrəsi, konfransda iştirak forması (qiyabi və ya məruzə ilə) və s. xüsusi qeydlər) bu emaildə (psychology.conference2021@wcu.edu.az) qəbul olunur.

9. Məruzə etmək istəyənlər əlavə olaraq, öz məruzəsinin slaydını konfransdan ən azı iki həftə əvvəl təqdim etməli, məruzə 6-10 dəqiqə müddətində nəzərdə tutulmalıdır. Göndəriləcək məqalənin faylının adı olmalıdır: iştirakçının soyadı və adı, məqalənin dili, konfransın hansı bölməsinə təqdim edilməsi (Nümunə: aliyev_adil_eng_7)

10. Konfrans üçün heç bir ödəniş tələb olunmur, konfransın sonunda məqalələr toplusu və sertifikat təqdim ediləcək.

11. Məqalələr və ya konfrans barədə məlumat almaq üçün science@wcu.edu.azpsychology.conference2021@wcu.edu.az ünvanlara və +994124927418 nömrəsinə zəng edə bilərsiniz.

12. Məqalələrin son qəbul tarixi: 18 iyun 2021-ci il, saat 18.00.

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib