Müəllimlərin 37%-i yaşa görə risk qrupuna daxildir - Nazirlik
20.08.2020 20:59

Pandemiya dövründə müəllimlərin 37%-i yaşa görə risk qrupuna daxildir.

 

Aztibb.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının "Pandemiya şəraitində təhsil sisteminin üzləşdiyi çətinliklər və təhsil prosesinin səmərəli təşkilinə ictimai dəstək" mövzusunda onlayn konfransda Təhsil nazirinin müşaviri Elnur Nəsibov deyib.

 

O, pandemiya dövründə təhsil ictimaiyyətinin qarşısında dayanan yeni çağırış və imkanların geniş müzakirəsinin faydalı olduğunu bildirib. Təhsil Nazirliyinin ölkədəki sanitar-gigiyenik vəziyyəti daim monitorinq etdiyini deyən Elnur Nəsibov, həmçinin ictimai rəyin də diqqətlə öyrənildiyini bildirib. Nazirlik rəsmisi televiziya kanallarının efirində təşkil olunan dərslərin, həmçinin virtual dərslərin məktəblilər üçün mühüm alternativ olduğunu deyib.

 

E.Nəsibov bildirib ki, yeni tədris ilində təhsilin formaları ilə bağlı axtarış və müzakirələr hazırda davam etdirilir. Təhsil nazirinin müşaviri valideynlərin övladlarının təhsilini distant və ənənəvi formada davam etdirməsi ilə bağlı seçim imkanına malik olacağını deyib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır