AQTA-nın nümayəndə heyəti Ukraynada işgüzar səfərdədir
04.06.2021 12:21
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Rəşad Mafusovun rəhbərlik etdiyi nümayəndə heyəti Ukraynanın paytaxtı Kiyevə səfər edib.
 
Aztibb.az-ın məlumatına görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəhbəri Vladislava Maqaletskayanın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
 
Görüşdə Vladislava Maqaletskaya Ukraynanın Azərbaycan ilə qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bildirib. Qeyd edib ki, iki ölkə arasında illik idxal-ixrac əməliyyatlarının 120 milyon dollardan çoxu qida məhsullarının payına düşür. Həmçinin bu sahədə fəaliyyətin daha da genişləndirilməsinin mümkünlüyü diqqətə çatdırılıb.
 
Səmimi qəbula görə təşəkkürünü bildirən AQTA-nın sədr müavini Rəşad Mafusov bildirib ki, Azərbaycan qida təhlükəsizliyi sahəsində Ukrayna ilə əməkdaşlığın genişdirilməsində və hər iki ölkənin təcrübəsinin qarşılıqlı tətbiqində maraqlıdır.
 
Səfər çərçivəsində AQTA nümayəndə heyəti, həmçinin Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə aid olan qurumlarının iş fəaliyyəti ilə tanış olub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib