107-yaşlı qadın koronavirusa necə qalib gəldi?
20.08.2020 18:07

107 yaşlı Böyük Britaniya sakini Angela Hutor COVID-19-a qalib gəlmiş ən yaşlı ingilis hesab edilir. O, buna necə nail olduğu barədə danışıb.

 

Böyük Britaniyanın ən yaşlı sakini uzunömürlülüyünü və sağlamlığını qorumağa necə müvəffəq olduğunun sirlərini açıqlayıb. A.Hutor hər gün yüksək əhval-ruhiyyədə olduğunu və gündə bir ədəd portağal yediyini bildirib. O, 1918-ci ildə baş verən "İspan qripi" pandemiyasını, hər iki dünya müharibəsi görüb. COVID-19-a isə aprel ayında yoluxub. Hətta onun qızını anası ilə vidalaşmaq üçün reanimasiyaya dəvət ediblər.

 

Lakin Angelanın vəziyyətinin yaxşılaşmağa başlaması həkimlərin təəccübünə səbəb olub. Bir müddət sonra onu evə buraxıblar.

 

Angela immunitetinin güclü olmasını hər gün pozitiv əhval-ruhiyyədə olması və şirə şəklində deyil, dilimlər halında qəbul etdiyi təzə portağallarla izah edir.

 

A.Hutor "İspan qripi" epidemiyasını yada salaraq bildirir ki, o zaman hər şey adi görünürdü. İnsanlar işə getməyə davam edir, heç kəsi özünü təcrid etməyə məcbur etmirdilər. Cəmiyyət " İspan qripi" yoxmuş kimi həyatına davam edirdi.

 

O, vurğulayıb ki, ola bilər ki, məhz bu, qorxunc pandemiyanın öhdəsindən gəlməyə kömək edib.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər