Azərbaycan Qran-Prisi üçün neçə həkim briqadası ayrılıb?  
04.06.2021 10:59

Bakıda keçirilən "Formula 1" üzrə dünya çempionatının altıncı – Azərbaycan Qran-Prisi zamanı ilkin tibbi yardım yüksək səviyyədə göstəriləcək.

 

Səhiyyə Nazirliyindən Aztibb.az-a bildirilib ki, təcili tibbi yardım 31 may - 7 iyunda bir sıra məkanlarda növbətçilik edəcək.

 

Saat 8:00-dan 21:00-dək yarışın marşrutu üzrə hazırlıq işləri aparılan zaman xəsarət alanlara ilkin tibbi yardım göstərməsi üçün “Hilton” otelinin və Dəniz vağzalının yaxınlığında, qapalı dairədə qalan Hökumət Evi və ətrafı, İçərişəhər yaşayış massivi dairəsində yaşayan əhaliyə fasiləsiz ilkin tibbi yardımı təmin etməkdən ötrü hər birində 3 briqada, 2 keçidin hər birində isə 1 briqada olmaqla, 8 təcili tibbi yardım briqadası, səhər saat 8:00-dan yarışlar bitənədək marşrut üzrə 12 briqada, Atletlər kəndində isə 2 təcili yardım briqadası fasiləsiz növbətçilik çəkəcək.

 

Qeyd edək ki, bu gün start götürəcək Azərbaycan Qran-prisi 6 iyunadək davam edəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib