Peyvənddən 2 gün sonra ölən şəxslə bağlı xəstəxanadan AÇIQLAMA
03.06.2021 21:25

Azərbaycanda koronavirusa qarşı peyvənd olunan Samir Məhərrəmov iki gün sonra vəfat edib.

 

Aztibb.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb.

 

Mütəmadi səyahətlər edən S.Məhərrəmov COVID-19 passportu almaq üçün “Sinovac” vaksini vurdurub. Mayın 29-da huşunu itirərək yıxılıb və ailəsi onu “Baku Medical Plaza” klinikasına yerləşdiriblər.

 

Komada olan S.Məhərrəmov orada vəfat edib. Məlumata görə, beynində tromblaşmanı açmaq üçün tibbi müdaxilə etsələr də, onun həyatını xilas edə bilməyiblər.

 

Qeyd edilib ki, Samir Məhərrəmov yüksək təzyiqdən beyin infarktı (işemik insult) keçirib.

 

“Baku Medical Plaza”dan bildirilib ki, S.Məhərrəmov peyvənd olunandan sonra halı pisləşdiyi üçün klinikaya gətirilib:

 

“Onun ailəsinin icazəsi olmadan ölüm səbəbini açıqlaya bilmərik. Bizim klinikaya ağır vəziyyətdə daxil olub. Ölüm səbəbini rəsmi bilmək üçün tibbi ekspertizadan keçirilməli idi. Ailənin bunu edib-etmədiyindən məlumatsızıq”.

 

Azərbaycanda vaksinasiyaya başlanılması dönəmində TƏBİB peyvənddən sonra ölüm halı məsələsinə aydınlıq gətirmişdi:

 

“Vaksindən sonra gözlədiyimiz ən ciddi reaksiya allergiya və anafilaktik şok ola bilər. Bu hallar bütün peyvəndlərdən, hətta antibiotiklərdən sonra da müşahidə edilə bilər. Vaksindən bir neçə gün sonra baş verən bütün ölüm hallarını vaksinlə əlaqələndirmək doğru deyil. Səbəblər ciddi şəkildə araşdırılmalıdır. İndiyə qədər “CoronaVac” peyvəndinin üçüncü klinik faza tədqiqatları zamanı heç bir ölkədə ölüm halı müşahidə olunmayıb”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib