Hindistanda Qanq çayından COVID-19-dan ölən altı nəfərin cəsədi tapılıb
01.06.2021 14:30

Hindistanda Qanq çayından koronavirus infeksiyasından ölən altı nəfərin cəsədi çıxarılıb.

 

Aztibb.az xəbər verir ki, hadisə Uttar-Pradeş ştatında baş verib.

 

“Çaydan çürüməkdə olan altı cəsəd çıxarılıb. Həkimlər COVID-19 infeksiyasından ölənlərin cəsədləri ilə davranış prinsiplərinə uyğun olaraq krematoridə sonuncu ayinləri yerinə yetirib”, - deyə yerli məmur Pramod Ca telekanalın efirində bildirib.

 

Məmurun sözlərinə görə, cəsədlər güclü çürüməyə məruz qaldığı üçün onların şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

 

Mayın əvvəlində Hindistanın Uttar-Pradeş və Bihar əyalətlərinin hakimiyyət orqanları Qanq çayında 100-dən çox cəsədin tapıldığı barədə məlumat yaymışdı. Onların koronavirus infeksiyası səbəbindən ölən insanların qalıqları olduğu ehtimal edilir. Polis hadisə ilə bağlı təhqiqata başlayıb.

 

Yerli əhalinin dediyinə görə, cəsədlərin Qanq çayına atılmasına ölkədə COVID-19 infeksiyasına rekord yoluxma göstəriciləri fonunda yüksək kremasiya xərcləri və dəfn tonqallarının özbaşına təşkili səbəb olub. Hakimiyyət orqanları cəsədlərin Qanq çayına atılmasını dərhal dayandırmağı tələb edib.

 

Qeyd edək ki, Hindistan koronavirusa yoluxma göstəricisinə görə dünyada ABŞ-dan sonra ikinci, ölüm hallarının sayına görə isə ABŞ və Braziliyadan sonra üçüncü yerdədir. Pandemiyanın statistikasını aparan Worldometer saytının məlumatına əsasən, indiyə qədər Hindistanda koronavirusa 28 milyon 175 mindən çox insan yoluxub, eyni zamanda, 25 milyon 947 min insan sağalıb, 331 min 909 nəfər isə infeksiya səbəbindən həyatını itirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib