ATU-nun dosenti Sərdar Əliyevin 55 yaşı tamam olur
01.06.2021 11:54

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, Azərbaycan Patofizioloqlar Cəmiyyətinin üzvü, tibb üzrə fəlsəfə doktoru Sərdar Əliyevin 55 yaşı tamam olur.

 

Aztibb.az xəbər verir ki, Sərdar Əliyev 1989-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, təyinatla institutun Mərkəzi Elmi Tədqiqat laboratoriyasında işə başlayıb. O, 1994-cü ildən ATU-nun Patoloji fizilogiya kafedrasında baş laborant, assistent, baş müəllim vəzifələrində çalışıb. Uğurlu elmi-praktiki fəaliyyəti ilə hər zaman diqqət mərkəzində olan alim hazırda universitetdə dosent kimi fəaliyyət göstərir.

 

O, 1994-cü ildə “Ürəyin limfa sisteminin drenaj funksiyası və miokardın qan təchizatının tənzimlənməsində onun rolu” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, tibb elmləri namizədi elmi dərəcəsini alıb.

 

Sərdar Əliyev 2-si dərs vəsaiti olmaqla, ümumilikdə 51 elmi işin müəllifidir. 

 

Həm özünə, həm də başqalarına qarşı son dərəcə tələbkar olan alim bütün həyatı boyu tibb elmində yeniliklərin əldə edilməsinə, savadlı, yüksəkixtisaslı tibbi kadrların hazırlanmasına çalışıb. O, 2016-cı ildə ATU tələbələrinin rəyi ilə “İlin müəllimi” seçilib.

 

Tanınmış həkim Sərdar Əliyevi 55 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona Azərbaycan elminin inkişafı və tibbin tərəqqisi yolunda uğurlar arzu edirik!

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib