Çinin “Ailədə 3-cü uşaq” siyasətinə başlamasına səbəb əhalinin yaşlanmasıdır
01.06.2021 09:28

Çin hakimiyyəti ailələrə üçüncü uşağı dünyaya gətirmək icazəsi verməklə ailə planlanması siyasətini bir qədər də yumşaldır.

 

Aztibb.az xəbər verir ki, Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpinin rəhbərliyi ilə Kommunist Partiyası mərkəzi komitəsinin siyasi bürosunun iclasında ölkənin 14-cü beşillikdə (2021-2025-ci illər) əhalinin “yaşlanması”nın qarşısını almaq üçün əsas məsələlər müzakirə olunub.

 

Ailələrə üçüncü uşaq sahibi olmağa icazə verilməsi barədə qərarın qəbul olunmasına Çində əhalinin 2010-2020-ci illər üzrə siyahıyaalınmasının nəticələrinə əsasən, ölkədə doğum sayının azalması fonunda yaxın illərdə əhalinin say tərkibində yaşlı insanların sayının üstünlük təşkil etməsi ilə bağlı proqnozlar səbəb olub. Siyahıyaalınmanın nəticələri Çinin materik hissəsində (Tayvan adası, Honkonq və Makao xüsusi inzibati zonaları istisna olunmaqla) əhalinin sayının ötən onillikdə hər il üzrə orta hesabla 0,53 faiz artdığını göstərsə də, bu rəqəm 1950-ci illərdən sonra ən aşağı göstərici olub.

 

Ötən il Çində hər qadının dünyaya körpə gətirmək əmsalı orta hesabla 1,3 uşaq təşkil edib ki, bu rəqəm Yaponiya və İtaliya kimi əhalisi “qocalan” ölkələrlə təxminən eynidir. Mütəxəssislər bu templə ÇXR-də yaxın illərdə doğum sayının daha da azalacağını, yaşlı insanların sayının isə çoxalacağını proqnozlaşdırırlar. Belə ki, siyahıyaalmanın nəticələrinə əsasən, yaşı 60-dan yuxarı olanların sayı çoxalaraq 264 milyona çatıb ki, bu da ölkə əhalisinin 18,7 faizini təşkil edir. Yaşlı insanların sayının artması əməkqabiliyyətli təbəqənin azalmasına səbəb olmaqla yanaşı, əsas dövlət xidmətlərinin göstərilməsinə təzyiqləri artıracaq.

 

Qeyd edək ki, 2016-cı ildə Çin hökuməti gözlənilən demoqrafik problemin qarşısını almaq üçün 1982-ci ildən tətbiq olunan “Hər ailəyə bir uşaq” siyasətini ləğv edib. Ailələrə ikinci uşağı dünyaya gətirməyə imkan verən bu qərarın müəyyən müsbət nəticələri olsa da, əhalinin “yaşlanması”nın qarşısını ala bilməyib. Xüsusən şəhərlərdə uşaq böyütməyin bahalı olması və gənc qadınların karyera məsələləri ailələrin bir uşaqla kifayətlənmək ənənəsini yaradıb ki, bu da doğum sayının azalmasına gətirib çıxarıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib