Tütün qəbulu ağciyər xərçənginin əsas risk faktorudur
31.05.2021 14:12

Siqaret çəkmək insan orqanizmində bir sıra xəstəliklərə səbəb olur. Bununla yanaşı, iştahasızlıq yaradaraq həzm prosesini çətinləşdirir, sümük boşluğu və digər problemlərə zəmin yaradır. Aparılan araşdırmalar göstərir ki, siqaretin tüstüsü insan orqanizmində 50 min beyin hüceyrəsini məhv edir. Lakin təəssüf ki, bir çoxları tütün məmulatlarından istifadəni həyatının ayrılmaz hissəsinə çevirib. Bunun səbəblərindən biri tütün məmulatlarının tərkibindəki nikotinin insanda asılılıq yaratmasıdır.

 

Aztibb.az xəbər verir ki, bu fikirləri Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə deyib: “Tütün qəbulu, nikotin səbəbindən insanın ürək-qan-damar, həzm sisteminə, mədəyə və ağciyərə birbaşa zəhərli təsir göstərir. Elm sübut edib ki, tütün istifadə edənlərdə kardioloji xəstəliklər, infarkt riski tütündən istifadə etməyənlərlə müqayisədə daha yüksək dərəcədədir. Uzun müddət siqaret çəkənlərdə tənəffüs yollarına ciddi zərər dəyir, nəticədə bir çox tənəffüs problemlərinə zəmin yaranmış olur. Ən vacibi isə tütün qəbulunun ağciyər xərçənginin əsas risk faktoru olduğu sübut olunub”.

 

Tütün asılılığından xilas olmağın yolları barədə məlumat verən mütəxəssis deyib: “İlk növbədə hər şey iradədən asılıdır. Daha yaxşı olar ki, tütündən birdəfəlik imtina edilsin. Əgər ciddi asılılıq və yanaşı gedən xəstəliklər varsa gündəlik tütün qəbulunu azaldaraq tədricən imtina etmək tövsiyə olunur. Təbii ki, belə şəxslərdə imtina prosesinin həkim nəzarəti altında həyata keçirilməsi həm də mövcud xəstəliyin müalicəsi baxımından da yardımçı ola bilər. Amma unutmaq olmaz ki, birdəfəlik imtinada uğur göstəricisi daha yüksəkdir. Bu baxımdan tütündən istifadə edən şəxslər məqsədyönlü şəkildə imtina etmək üçün cəhd göstərməli, sağlam həyat tərzi sürməli, fiziki aktiv olmalı və sağlam qidalanmalıdırlar. Bunlar prosesə dəstək verən məqamlardır."

 

Siqaretin törətdiyi fəsadların qarşısını almaq və gəncləri bu zərərli vərdişdən çəkindirmək üçün ölkəmizdə 18 yaşından aşağı olanlara tütün məmulatları satışı qadağan edilib. Tütün məmulatlarının reklamına da icazə verilmir.

 

Siqareti tərgidəndən sonra orqanizmdə baş verən dəyişikliklərdən danışan mütəxəssis bildirib: “İlk dəyişikliklər 20 dəqiqə sonra özünü büruzə verməyə başlayır, qan təzyiqi, ürək döyüntüləri stabilləşir, qan dövranı sürətlənməyə başlayır. İlk 8 saatda qanda oksigenin səviyyəsi normallaşır, infarkt riski azalır. 48 saat sonra qanda nikotinin səviyyəsi azalır. Üç gün sonra isə tənəffüs yolları və qida borusunun funksiyası yaxşılaşır. 12 həftə ərzində nikotin bədəndən tam şəkildə çəkilir, ağciyərlərin funksiyası bərpa edilir, əl və ayaqdakı keyimələr aradan qalxır”.

ÇOX OXUNANLAR
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
 Azərbaycanda transplantasiyanın tarixi   
ATU tələbələri və Hərbi Tibb fakültəsinin rezidentləri üçün “Hərbi psixiatriya” adlı dərs vəsaiti hazırlanıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub
Günəş şüalarının dəriyə təsiri və ondan necə qorunmalıyıq?
Mürəkkəb əməliyyat, peşəkar komanda və uğurlu nəticə
Yardımlının Təşkən və Səpəradi kəndlərində tibbi AKSİYA
Professor Məhəmməd Kərimov Fransada EVF 2026 beynəlxalq konqresində iştirak edib
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Salyanda İİV-ə görə müayinələr aparıb