TƏBİB “ASAN məktub” sosial proqramı çərçivəsində 57 uşağı sevindirib
31.05.2021 11:00
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) və “ASAN Könüllüləri” Təşkilatı “ASAN məktub” sosial proqramı çərçivəsində 57 məktubu öhdəliyə götürərək xüsusi qayğıya ehtiyacı olan və həssas qruplara aid uşaqların arzusunu reallaşdırıb.
 
Belə ki, TƏBİB tərəfindən öz arzu və istəklərini www.asanmektub.az saytında yerləşdirən uşaqlara Ramazan bayramı münasibətilə hədiyyələr verilib. Hədiyyələrin bir qismi Bakı şəhəri Xəzər rayonunda yerləşən “Müşfiq” Əlil Uşaqlara Yardım İctimai Birliyindəki uşaqlara təqdim olunub. Digər hədiyyələr isə Şəkidəki sosial qayğıya ehtiyacı olan uşaqlara çatdırılıb.
 
Qeyd edək ki, uşaqlara “Əlçatan arzuları sən gerçəkləşdir” şüarı ilə həyata keçirilən “ASAN Məktub” layihəsinin əsas məqsədi heç bir maddi qazanc güdmədən 14 yaşadək sosial qayğıya ehtiyacı olan uşaqların arzu və istəklərini həyata keçirməkdir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib