Ötən il Azərbaycanda qripdən 30 nəfər ölüb
31.05.2021 12:05

Ötən il yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyalarından 90 nəfər ölüb.

 

Dövlət Statistika Komitəsindən bildirilib ki, onlardan 46-sı kişi, 44-ü qadın olub. Ölənlərdən 50 nəfəri 0-17 yaş aralığında olanlardır.

 

Qeyd olunub ki, ötən il qripdən 20-si kişi, 10-u qadın olmaqla 30 nəfər ölüb. Onlar 50 yaşdan yuxarı olan şəxslərdir.

 

Bildirilib ki, 2020-сi ildə yuxarı tənəffüs yollarının çoxsaylı və ya qeyri müəyyən lokalizasiyalı kəskin infeksiyaları və qrip diaqnozu ilə ilk dəfə qeydə alınmış xəstələrin sayı 229.1 min nəfər olub.

 

Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyalarından ölənlərin sayı digər şəhər və rayonlara nisbətən Bakı (21 nəfər), Gəncə (5 nəfər) və Sumqayıt (4 nəfər) şəhərlərində, Şəmkir (9 nəfər), Qusar (4 nəfər) və Tovuz (4 nəfər) rayonlarında daha çox olub.

 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib