Hollandiyada iyunun 5-dən koronavirusla bağlı bəzi məhdudiyyətlər ləğv ediləcək
29.05.2021 09:47

Hollandiya hökuməti iyunun 5-dən etibarən koronavirusa qarşı mübarizə məqsədilə tətbiq edilmiş bir sıra məhdudiyyətləri ləğv edəcək.

 

Aztibb.az xəbər verir ki, bu barədə Hollandiyanın Baş naziri vəzifəsini icra edən Mark Ryutte bildirib.

 

Baş nazir deyib ki, məhdudiyyətlərin ləğv edilməsinin növbəti mərhələsinin əvvəlcə iyunun 9-da qüvvəyə minməsi planlaşdırılırdı, lakin koronavirusa yoluxma və ölüm sayında sürətli azalma müşahidə edildiyindən tarixdə dəyişiklik edilib.

 

Yeni qərara görə, kafe, bar və restoranların daxilində də müştərilərə xidmət göstəriləcək. İş saatları axşam 22:00-a qədər uzadılacaq.

 

Bunda başqa, muzey, teatr və kinoteatrların fəaliyyəti bərpa olunacaq. Bir ailə üçün gündəlik maksimum qonaq qəbul etmək sayı ikidən dördə yüksələcək.

 

“Artıq məhdudiyyətlər əvvəlki kimi sərt deyil. Lakin, eyni zamanda, bu, bizim üzərimizə əlavə məsuliyyətlər qoyur. Buna görə hər kəsi müvafiq qaydalara sadiq qalmağa, maska taxmağa, 1,5 metr məsafəni qorumağa və peyvənd olunmağa çağırıram”, deyə Baş nazir əlavə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib