Qoşulmama Hərəkatı çərçivəsində səhiyyə nazirlərinin görüşü keçirilib  
28.05.2021 17:43

Mayın 27-də Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı çərçivəsində səhiyyə nazirlərinin videokonfrans formatında görüşü keçirilib.

 

Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

 

Səhiyyə nazirlərinin görüşünü açılış nitqi ilə salamlayan səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev 2021-ci ilin pandemiya ilə mübarizə ili olduğunu qeyd edərək, Hərəkat çərçivəsində ictimai səhiyyə sahəsində qlobal səylərin birləşdirilməsinin əhəmiyyətini qeyd edib. “Çoxtərəfli Hərəkatın dəstəyini təsdiqləyirik və bunun təməlində Birləşmiş Millətlər Təşkilatı dayanır və sözü gedən qurumun Baş katibinin pandemiya ilə mübarizə planlarına və təşəbbüslərinə tam dəstəyimizi bildiririk. Bu qlobal problemi effektiv və vaxtında həll etmək üçün milli, regional və beynəlxalq səviyyədə razılaşdırılmış tədbirlərin görülməsi vacibdir”.

 

İclasda qonaq qismində dəvət edilmiş Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Dr. T.A. Gebreyesus və South Centre-nin icraçı direktoru çıxış edərək, pandemiya ilə mübarizədə iştirak edən tibb işçilərinə təşəkkür edib və COVID-19 ilə mübarizədə vaksinasiyanın əhəmiyyətini diqqətə çatdırıblar.

 

Konfransda Qlobal Səhiyyə Həmrəyliyi prinsipinə əsaslanan əməkdaşlıq bir daha vurğulanıb.

 

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib