Uşaqlarda qurd xəstəliklərinin əmələ gəlməsinin əsas SƏBƏBİ
27.05.2021 12:35

Uşaqlar arasında qurd xəstəlikləri ən çox rast gəlinən problemlərdən biridir. Bəzən valideynlər övladlarında qurd xəstəliklərinin mövcudluğundan uzun müddət xəbərsiz olurlar. Qurd xəstəlikləri əksər hallarda 3 yaşdan sonra rast gəlinir. Helmentlər orqanizmdə bir neçə orqanın funksiyasını sıradan çıxara bilər.

 

Bakı şəhər 4 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Məlahət Qasımova bildirib ki, helmentlər uşağın immunitetinin azalmasına, allergiyaların mədə-bağırsaq və sinir sistemi pozuntularına səbəb olur:

 

“Uşaqlar arasında lyamblya, parazit, askarid və digər qurdlara daha çox təsadüf edilir. Onun əmələ gəlməsinin əsas səbəbi sanitar-gigiyena qaydalarına əməl edilməməsidir. Əlyuma vərdişlərinin olmaması, dırnaq yemə, çirkli əşyaların ağıza salınması, yaxşı yuyulmamış meyvə-tərəvəzlərdən istifadə olunması nəticəsində qurd xəstəlikləri yarana bilər. Qurd xəstəliklərindən edilən şikayətlər çoxşaxəlidir. Həmin uşaqlar halsız, iştahsız və rəngi solğun olur, onlarda qarın ağrıları və nəciz ifrazının pozulması baş verir. Eyni zamanda yuxu pozulması və diş qıcaması halları da baş verir”.

 

Onun dediyinə görə, qurd yumurtaları orqanizmə daxil olandan sonra bir müddət gizli qala bilir, yəni ilk əlamətlər bir qədər gec meydana çıxır. Bütün orqan və toxumaları zədələyən həmin parazitlər orqanizmin fiziki və əqli inkişafını da ləngidir:

 

“Qurd xəstəliklərinin olub-olmadığını öyrənmək üçün ildə iki dəfə - xüsusən yaz və payız aylarında valideynlərin uşaqları müayinədən keçirmələri məsləhətdir. Yay aylarında meyvə-tərəvəzlər çox qəbul edildiyinə görə immun sistemi normal olur. Xəstəliyin müalicəsi heç də çətin deyil. Ən çox təsadüf edilən askarid qurdu uşaq orqanizmində allergik və dermatit xəstəliklər yaradır, hətta müalicə olunmadıqda ağciyər, ürək-damar, tənəffüs sistemi xəstəliklərinə və asmaya qədər səbəb ola bilər. Həmin xəstələr gec müraciət edəndə onu qısa müddət ərzində müalicə etmək çətin olur”.

 

Həkim-pediatr qeyd edib ki, bəzi hallarda aparılan müayinələrdən sonra xəstəlik olduğu halda belə cavab neqativ nəticə də verə bilər. Ona görə də qurd xəstəliklərinin analizi zamanı həm də qan analizi verilməsi daha yaxşı olar. Uşaqda helment aşkarlanıbsa, bütün ailə üzvlərinin də parazitlərə qarşı profilaktik müalicə alması məsləhətdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir