Lənkəranda ana doğuşdan sonra ölüb
26.05.2021 11:49

Lənkəranda 28 yaşlı qadın övladını dünyaya gətirəndən sonra vəfat edib.

 

Aztibb.az-ın məlumatına görə, dünən axşam Lerik rayon sakini, 1993-cü il təvəllüdlü Fəridə İlyas qızı Yaqubzadə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Perinatal mərkəzində qeysəriyyə əməliyyatı nəticəsində qız övladı dünyaya gətirib. Sonradan vəziyyəti pisləşən ananı həkimlər yenidən əməliyyat ediblər. Həkimlərin səylərinə baxmayaraq, 3 uşaq anası Fəridə Yaqubzadə bu gün səhər vəfat edib.

 

Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. Onun dünyaya gətirdiyi körpənin səhhətində isə problem yoxdur.

 

Bundan əvvəlki övladını da qeysəriyyə əməliyyatı ilə dünyaya gətirən qadının qohumlarının iddiasına görə, Fəridə Yaqubzadənin ölümü həkim səhlənkarlığı ucbatından olub.

 

Faktla bağlı araşdırma aparılır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib