ATU-nun kafedra müdiri onkoloji xəstəlikdən vəfat edib  
25.05.2021 11:49

Azərbaycan Tibb Universitetinin (ATU) Travmatologiya və ortopediya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Əhməd Əhmədzadə vəfat edib.

 

Aztibb.az xəbər verir ki, o, uzun sürən onkoloji xəstəlikdən sonra 75 yaşında dünyasını dəyişib.

 

Qeyd edək ki, Əhməd Əhmədzadə 1970-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Tibb Universiteti) Müalicə-profilaktika fakültəsini bitirmiş, təyinatla Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında həkim travmatoloq işləmişdir.

 

1973-cü ildə Moskva şəhərində Mərkəzi Travmatologiya və Ortopediya İnstitutunun kliniki ordinaturasına, daha sonra isə əyani aspiranturaya daxil olmuşdur. 1978-ci ildə tibb elmləri namizədi alimlik dərəcəsini almışdır. O, 1979-cu ildə Azərbaycana qayıdaraq Tibb İnstitutunun Travmatologiya və ortopediya kafedrasında assisent vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir.

 

1983–1988-ci illərdə Moskva 2 nömrəli Tibb İnstitutunun Travmatologiya və ortopediya kafedrasında doktorantura təhsili almış, 1988-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir.

 

Əhməd Əhmədzadə 1998-ci ildən Azərbaycan Tibb İnstitutunun Travmatologiya və ortopediya kafedrasının müdiri idi. O, ilizarov aparatını Azərbaycanda ilk dəfə tədbiq etmişdi.

 

Allah rəhmət eləsin!

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib