Wilson xəstəliyindən əziyyət çəkən 16 yaşlı qıza qaraciyər transplanasiyası əməliyyatı icra olunub - FOTO
25.05.2021 10:15
Cərrah-transplantoloq, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazıminin rəhbərlik etdiyi tibb heyəti tərəfindən ağır vəziyyətdə müraciət etmiş,  Wilson xəstəliyindən əziyyət çəkən 16 yaşlı Sitarəyə tək müalicə yolu olan qaraciyərin transplantasiyası icra olunub. Sitarəyə onun qardaşı Altay qaraciyərinin bir hissəsini verib.
 
Aztibb.az xəbər verir ki, M.Kazımınin sözlərinə görə, Wilson xəstəliyi qaraciyərin Kupfer hüceyrələrində mis (Cu) ionlarının mübadiləsinin pozulması ilə gedən autosomal-resessiv irsi xəstəlikdir. Xəstəlik zamanı orqanizmdə misin toplanması baş verir ki, bu da ən çox özünü qaraciyər və beyinin zədələnmə əlamətləri ilə göstərir:
 
"Bu xəstəlik qohum nigahlarında sıx görülür. Kişi və qadınlar arasında bərabər tezlikdə təsadüf edilir. Əksər hallarda, Wilson xəstəliyi özünü qaraciyər zədələnməsi şəklində göstərir. Qaraciyərin zədələnməsi xroniki hepatit, sirroz, kəskin qaraciyər çatışmazlığı ilə özünü büruzə verə bilər. Sarılıq, qarında maye toplanması, mədə-bağırsaq qanaxmaları, zəiflik xəstəliyin əsas əlamətlərindəndir. Nevroloji pozulmaların ilkin təzahürü isə tremor, yəni titrəmələrdir. Digər əlamətlər isə çətinləşmiş nitq, hipersalivasiya, hərəkət pozğunluğu, distoniya, spastiklik, əzələ rigidliyi, bükücü kontrakturalar, epileptik qıcolmalardır".
 
Həkimin sözlərinə görə, Sitarə artıq sağalaraq evinə yola salınıb, ailəsinin yanındadır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib