Avropa İttifaqı iyulun 1-dən COVID pasportu tətbiq edəcək  
24.05.2021 15:05

Avropa İttifaqı iyulun 1-dən etibarən koronavirusa qarşı vaksinasiya və COVID-19 testləri barədə sertifikasiya rejimini tətbiq etmək niyyətindədir.

 

Aztibb.az "Interfax"-a istinadla xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən Avropa işləri üzrə dövlət katibi Kleman Bon məlumat verib. “Bu alət (Avropa COVID pasportları) iyulun 1-dən etibarən Avropa İttifaqının 27 ölkəsində tətbiq olunacaq. Sənəddə peyvənd və ya testlə bağlı məlumatlar qeyd ediləcək”, - deyə o, BFM TV televiziyasının efirində bildirib.

 

Sənəddə hansı peyvəndlərin qeyd olunacağı sualına aydınlıq gətirən Kleman Bon burada Avropa Dərman Vasitələri Agentliyinin (EMA) təsdiq etdiyi bütün peyvəndlərdən (“Pfizer-BioNTech”, “Moderna”, “AstraZeneca” və “Johnson & Johnson”) söhbət getdiyini deyib. Digər hallarda Avropa İttifaqına səyahət etmək üçün koronavirus testi vermək lazım olacaq.

 

Qeyd edək ki, ötən həftə ədliyyə məsələləri üzrə Avropa Komissiyasının üzvü Didye Reinders iyulun 1-dən etibarən üç növ məlumatın - vaksinasiyanın, mənfi test nəticələrinin və ya sağalma halının sertifikasiya ediləcəyini bildirib. Avropa ittifaqının bütün vətəndaşları COVID pasportunu rəqəmsal və ya kağız şəklində pulsuz əldə edə biləcəklər.

 

Avropa Komissiyası nümayəndəsinin sözlərinə görə, bütün üzv ölkələr Avropa reqlamentinin qüvvəyə minəcəyi vaxta qədər sertifikat verməyə hazır olmalıdır. Avropa Komissiyası bu məqsədlə hər üzv ölkəyə 1 milyon avro ayırıb və onlara lazımi texniki dəstəyi davam etdirir.

 

Eyni zamanda, koronavirus testləri üçün əlverişli qiymətlərin təmin edilməsi üçün Avropa İttifaqına üzv ölkələrə əlavə 100 milyon avro ayrılacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib