İranda koronavirusdan ölənlərin sayı 20 mini ötüb
20.08.2020 02:12

Artıq 1 həftədir ki, İranda koronavirusa yoluxaraq ölənlərin sayında azalma müşahidə edilir. Son sutkada İranda virusa 2 min 444 nəfər yoluxub, 153 nəfər ölüb.

 

Aztibb.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari mətbuat konfransında məlumat verib. Nəzərə çatdırılıb ki, bununla da İranda yoluxanların ümumi sayı 350 min 279 nəfərə, ölənlərin sayı isə 20 min 125-ə çatıb. Müalicə alan 302 min 528 nəfər sağalıb, 3 min 868 nəfərin vəziyyəti isə ağır olaraq qalır.

 

İranın 12 vilayəti hələ də qırmızı zonaya daxildir.

 

Məhərrəmlik ayı ilə əlaqədar olaraq məscidlərə məhdud sayda adamlar buraxılır və onlara tibbi maska verilir. Məscidlərdə sosial məsafənin gözlənilməsinə nəzarət edilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır