Daha bir koronavirus xəstəsi EKMO cihazına qoşuldu
12.07.2020 13:40

Aprel döyüşlərində yüzlərlə əsgər və zabitin həyatını xilas etmiş tibb xidməti mayoru, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının anestezioloq-reanimatoloqu Teymur Cəfərov koronavirusa yoluxub. Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığıyla həkimin müalicəsi nəzarətə götürülüb.

 

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, kardioloq Rəşad Mahmudov açıqlamasında bildirib ki, Teymur Cəfərov hazırda Mərkəzi Hərbi Hospitalda EKMO cihazına qoşulub:

 

“Mərkəzi Hərbi Hospitalda müalicə olunan reanimatoloq-həkim Teymur Cəfərovun son günlər vəziyyəti ağırlaşmış və dünən gecə real vəziyyəti nəzərə alınaraq xəstəyə baxış keçirilib və vəziyyətinin kritik-ağır olduğu müəyyən edilib. Gecə saat 03:00-dən səhərədək Gömrük Hospitalı ekspertləri tərəfindən EKMO aparatı xəstəyə mərkəzi hərbi hospitalda taxılıb. Oksigenin 100% getməsinə baxmayaraq, qandakı oksigenin miqdarı 31-ə qədər düşən xəstə EKMO cihazı taxıldıqdan sonra hemodinamik olaraq stabilləşdirilib. Bədənin oksigenlə qidalanması qənaətbəxş vəziyyətə gəlib. Hazırda dərin koma vəziyyətində yatan Teymur Cəfərovun müalicəsi Mərkəzi Hərbi Hospitalda davam edir".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır