Xəstəxana rəhbəri əlilliyin təyinatındakı səhvlərinə görə işdən çıxarıldı
22.05.2021 17:30

Füzuli Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Şükürov vəzifəsindən azad edilib.

 

Aztibb.az xəbər verir ki, bununla bağlı TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı əmr imzalayıb.

 

R.Bayramlı həmkarlar ittifaqına təqdimat verərək bildirib ki, Natiq Şükürov tibb müəssisəsində əlilliyin təyin edilməsi ilə bağlı işi düzgün təşkil etməyib, əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsini təmin etməyib və tabeliyində olan işçilərin funksiyalarına uyğun olaraq fəaliyyətini lazımi qaydada təşkil və nəzarət etməyib.

 

TƏBİB sədri Füzuli Rayon Mərkəzi Xəstəxanasında aparılan yoxlama zamanı aşkarlanan pozuntuları da qeyd edib.

 

Mayın 21-də xəstəxananın direktoru Natiq Şükürovla bağlanan müqaviləyə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib