Nazirlik: 500-dən çox qazinin əlillik təyinatı aparılıb  
21.05.2021 11:49

“Vətən müharibəsi qazilərinə əlilliyin təyinatı üçün müayinələr səyyar formada aparılır”.

 

Aztibb.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova deyib.

 

O, bildirib ki, əlilliyin təyinatı bir neçə prosedurdan ibarətdir: “Yekun olaraq əlilik təyinatı aparılır. İlk olaraq hərbçilərin aldığı xəsarətin və xəstəliyin hərbi dövrdə olduğunu təsdiq edən hərbi həkim komissiyası tərəfindən verilən şəhadətnamə olmalıdır. İkinci mərhələdə həmin şəhadətnamə ilə qazilər göndərişin rəsmiləşməsi üçün səhiyyə müəsissəsinə müraciət etməlidirlər. Sonuncu mərhələdə isə bu iki məlumatın əsasında əlillik dərəcəsinin təyinatı aparılmasıdır”.

 

M.Məmmədovanın sözlərinə görə, artıq 500-dən çox qazinin əlillik təyinatı aparılıb. Bu işlər mütəmadi olaraq davam etdirilir və məlumatlar yenilənir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib