Küçəyə çıxan COVID-19 xəstəsinə AĞIR CƏZA
21.05.2021 14:16

Ötən ilin dekabr ayında evdən çıxan koronavirus xəstəsinə Abşeron rayon məhkəməsində hökm oxunub.

 

Belə ki, Bakı Gəmiqayırma və Gəmi təmiri zavodunda mühəndis vəzifəsində işləyən T.Əkbər oğlu dekabrın 11-də COVID-19 virusuna yoluxduğunu bilib və testin cavabının pozitiv olması haqda SMS xəbərdarlıq da alıb. Dekabrın 22-də yaşadığı evdən çıxaraq Xırdalan şəhərində avtobus dayanacağına gəlib və bu zaman polislər ona yaxınlaşaraq kimliyini yoxlayarkən aktiv koronavirus xəstəsi olduğu məlum olub.

 

Polis əməkdaşları tərəfindən videoçəkiliş aparılmaqla yaşadığı evə təhvil verilib. Ona Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə ittiham elan edilib.

 

Təqsirləndirilən T.Əkbər oğlu məhkəmədə ifadə verərək bildirib ki, dekabrın 10-da koronavirusa yoluxmasından şübhələndiyi üçün test verib və dekabrın 12-də ona virusa yoluxması və evi tərk etməməsi barədə SMS gəlib: “On gün evdə müalicə olundum və artıq özümü yaxşı hiss edirdim. Sağalıb-sağalmadığımı öyrənmək üçün dekabrın 22-də evdən çıxıb analiz verməyə getdim. Dayanacaqda avtobus gözləyən zaman polis əməkdaşları mənə yaxınlaşaraq adımı əllərində olan portal vasitəsilə yoxladılar.
 

Həmin vaxt aktiv koronavirus xəstəsi kimi qeydiyyatda olduğumu bildilər. Etdiyim əməldən peşmanam və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğumu nəzərə alaraq yüngül cəza təyin edilməsini xahiş edirəm”.

 

Hakim Sevinc Quliyevanın hökmü ilə T.Əkbəroğluna 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. O, 3 il ərzində elektron qolbaq taxaraq Bakı şəhər və Abşeron rayonu hüdudlarını və saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib