Uğur Şahin: Sentyabr ayının sonunadək Türkiyə 120 milyon doza vaksinlə təmin ediləcək
20.05.2021 23:16

“Türkiyəni 120 milyon doza peyvəndlə təmin etmək üçün "BioNTech" firması olaraq müqavilə bağladıq”.


Aztibb.az-ın xəbərinə görə, bunu Türkiyənin Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Elm Qurumunun onlayn iclasında "BioNTech" firmasının icraçı direktoru, türkiyəli professor Uğur Şahin bildirib.

U.Şahin deyib ki, iyun ayında 30 milyon, sentyabr ayının sonunadək isə 120 milyon doza vaksin artıq Türkiyədə olacaq.


Onun sözlərinə görə, yeni növ koronavirus əleyhinə hazırlanan bu peyvəndlər COVID-19-un mutasiyaya uğrayan İngiltərənin “Kent”, Afrika və Hindistan versiyasına qarşı da müəyyən qədər qoruyuculuğa malikdir.


Professor U.Şahin iyun ayının ilk ongünlüyündə Türkiyəyə həm peyvənd kampaniyasına dəstək, həm vaksin istehsalı, həm də klinika açmaq üçün səfər edəcəyini də açıqlayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib