Hindistanda “qara göbələk” xəstəliyi epidemiya elan olunacaq  
20.05.2021 18:09

Hindistan hökuməti tibbi adı mukormikosis (“Mucormicosis”) olan “qara göbələk” xəstəliyinin epidemiya elan olunması üçün bir sıra ştatlara müraciət edib.

 

Aztibb.az timesofindia.com-a  istinadən xəbər verir ki, bu barədə Səhiyyə və Ailə Rifahı Nazirliyinin sözçüsü Lav Aqarval (Lav Agarwal) bildirib. Onun dediyinə görə, bir çox bölgələrdə COVID-19-a yoluxan, xüsusilə də şəkəri olan xəstələr arasında getdikcə yayılan mukormikosis həmin xəstələr arasında ölüm faizini daha da artırır. Bu xəstəliyin müalicəsi üçün kompleks tədbirlərin göstərilməsinə ehtiyac olduğu vurğulanıb.

 

Ölkənin qərbindəki Maharaştra ştatında “qara göbələy”ə 2 minədək insanın yoluxduğu, 90 nəfərin isə öldüyü bildirilir. Həmçinin Racasthan, Nəryana, Telənqana ştatları “qara göbələyi” epidemiya elan edərək bu barədə mərkəzi hökumətə bildiriblər. Nəryanada 115, Telənqana ştatında azı 150 nəfərin, paytaxt Yeni Delhidə isə 130 nəfərin yoluxduğu üzə çıxıb.

 

Göbələyə qarşı amfoterisn B dərmanı üçün artıq bir neçə ştat müraciət edib.

 

Hindistanın tanınmış eksperti, Delhidəki Ağciyər Xəstəlikləri Fondunun təsisçisi Arvind Kumar “qara göbələyin” daha çox uzun müddət steroid qəbul edən koronavirus və şəkər xəstələrində görüldüyünü diqqətə çatdırıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib