Dünyada aparılan bütün travmatoloji əməliyyatlar ölkəmizdə də uğurla həyata keçirilir - Həkim-travmatoloq
20.05.2021 16:46
20 May - Ümumdünya Travmatoloqlar Günüdür. Bu sahədə çalışan həkimlərimiz Vətən müharibəsində böyük rol oynayıblar.
 
Aztibb.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Travmatologiya və ortopediya kafedrasının müdiri, Tədris Cərrahiyyə Klinikasının eyni adlı şöbəsinin rəhbəri Cəfər Nəsirli ölkəmizdə bu sahədə vəziyyətlə bağlı məlumat verib. 
 
Onun bildirdiyinə görə, müasir dövrümüzdə ortoped-travmatologiya onurğa, ətraflar, eləcə də onlara bağlı bədən üzvlərinin görünüş və funksiyalarının tibbi-cərrahi və fiziki üsullarla qorunmasını, araşdırılmasını və bərpasını əhatə edən tibbin bir sahəsidir.
 
C.Nəsirli ortopetik-travmotologiya sahəsinin Azərbaycanda da yüksək səviyyədə inkişaf etdiyini qeyd edib: “Bu sahə tibbin ən önəmli sahələrindən biri hesab olunduğundan, hazırda müasir texnologiyalardan istifadə edilməklə dünyada aparılan bütün əməliyyatlar ölkəmizdə də uğurla həyata keçirilir. Qarabağda gedən Vətən müharibəsi dövründə də ortopedik-travmatoloqlar fədakarlıqla çalışdılar. Onlar döyüşlərdə yaralanan hərbçilərimizə tibbi yardımlar göstərdi, bacarıqlarını əsirgəmədilər. Sıralarımızdan şəhid olanlar da oldu. Torpaqlarımızın işğaldan azad edilməsində ortoped-travmatoloqlarımızın öz payı var”.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib