Bir qrup əlilliyi olan şəxsə evlərində təkərli oturacaqlar təqdim edilib
19.05.2021 17:28

Sosial Xidmətlər Agentliyinin əməkdaşları Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Rusiyanın Primorye diyarındakı Azərbaycan diasporunun ölkəmizə göndərdiyi təkərli oturacaqlardan daha 20-ni əlilliyi olan şəxslərə təqdim edib.

 

Aztibb.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, təkərli oturacaqlar Abşeron, Qaradağ, Xəzər, Nəsimi, Binəqədi və Yevlax rayonlarında yaşayan və ehtiyac duyan əlilliyi olan şəxslərə evlərinə aparılaraq verilib.

 

Xatırladaq ki, bu ilin mart ayında Rusiyadakı diasporumuz tərəfindən əlilliyi olan şəxslər üçün ölkəmizə 566 ədəd təkərli oturacaq göndərilib. Onlardan bir hissəsi Agentliyinin tabeliyindəki Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzindəki əlilliyi olan şəxslərə verilmişdi.

 

Diasporumuzun sosial məsuliyyətə əsaslanan bu nəcib addımı ölkəmizdə əlilliyi olan şəxslərin təkərli oturacaqla təminatına töhfə vermək məqsədi daşıyır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib