Azərbaycanda əhalinin 10 faizi koronavirusa qarşı peyvəndin birinci dozasını qəbul edib
19.05.2021 14:34

Azərbaycanda tətbiq olunan üç müxtəlif peyvəndin istiqamətləri bir-birindən fərqlənir. Ağrı, temperatur, halsızlıq kimi yan təsirlərin daha az meydanaçıxma ehtimalı olan vaksin “Sinovac” şirkətinin “CoronoVac” peyvəndidir. Bir neçə gün əvvəl Ümumdünya Səhiyyə Təşkilatı “Sinovac” şirkətinin peyvəndinin etibarlı olduğunu açıqladı. Onun hospitalizasiya və ağır gedişin qarşısını 90 faizə qədər alma ehtimalı var. İkinci dozadan 14 gün sonra peyvənd olunanların 70 faizində güclü immunitet yaranır.

 

Aztibb.az xəbər verir ki, bunu Almaniyada çalışan azərbaycanlı həkim Ümid Səlimzadə deyib.

 

“AstraZeneca” şirkətinin "Vaxzevria” peyvəndi Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da 60 və daha yuxarı yaşda olan şəxslər üçün nəzərdə tutulub.

 

Azərbaycanda istifadəsinə mayın 18-dən başlanılan Rusiya istehsalı olan “Sputnic V” vaksini barədə fevralda “Lanset” jurnalında müsbət rəy verilmişdi. Hazırda həmin peyvəndin üçüncü fazası yoxlanılır. Araşdırmalar nəticəsində müsbət təsirləri olduğu məlum olub. Bu yaxınlarda Avropa Dərman Komissiyası onun effekti barədə geniş məlumat verəcək.

 

“Azərbaycanda əhalinin hər 10 nəfərindən biri, yəni 10 faizi birinci dozanı qəbul edib. Hər 10 nəfərdən 0,7-si hər iki dozanı vurdurub. Müsbət dinamika mövcuddur. Həmçinin ötən həftədən etibarən vaksin vurulmasında yaş məhdudiyyəti aradan qalxıb. Bu, yay fəslində Avropa ölkələrinə səyahət etmək istəyən gənclər üçün çox yaxşı şansdır”, - deyə Ü.Səlimzadə bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib