Baş Nazirdən həkimlərin əlavə maaşı ilə bağlı - Yeni qərar
19.08.2020 17:03

Baş Nazir Əli Əsədov tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin ödənilməsi vaxtını oktyabrın 1-dək uzadıb.

 

Qərara əsasən, “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 373; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 iyun tarixli 202 nömrəli Qərarı) 2-ci hissəsində “iyulun 1-dək” sözləri “oktyabrın 1-dək” sözləri ilə əvəz edilib.

 

Qeyd edək ki, həkimlər sosial şəbəkələrdə paylaşım edərək onlara iyul ayı üzrə müddətli əlavənin verilməməsi haqda narazılıqlarını bildirmişdilər. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Nazirlər Kabinetinin qərarından sonra ödənişlərin həyata keçiriləcəyi açıqlanmışdı.

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır