Şifrləyici virus İrlandiyanın səhiyyə sistemini iflic edib
17.05.2021 14:50

İrlandiyanın Səhiyyə Sistemi (Health Service Executive) şifrləyici virusun qurbanı olub. Virus informasiya sistemlərinə girişi bloklayıb – nəticədə zərərli proqram təminatının daha da geniş yayılmaması üçün müvəqqəti olaraq bütün kompüter şəbəkəsini deaktiv etmək lazım gəlib.

 

Aztibb.az vesti.ru saytına istinadən yazır ki, İrlandiyanın Dövlət Satınalmaları və Elektron Hökumət üzrə naziri Ossian Smit bu hadisəni ölkə tarixində bəlkə də ən böyük kiberhücum adlandırıb.

 

Birbaşa insanlar tərəfindən idarə olunan bu hücum beynəlxalq səviyyədə təşkil edilib. "Bu, pul tələb edən kibercinayətkar qruplaşmadır. Onlar bizim məlumatlarımızı şifrləməyə və bloklamağa çalışırlar ki, biz həmin məlumatları deşifr etmək üçün pul ödəyək".

 

İrlandiyanın Səhiyyə naziri Stiven Donnelli öz növbəsində deyib ki, baş vermiş hadisə "səhiyyə və sosial təminat xidmətlərinə çox ciddi təsir göstərib". Məsələn, Dublində yerləşən Rotonda doğum evi "kritik fövqəladə vəziyyət" səbəbindən ambulator müalicəni ləğv edib.

 

Uşaq xəstəxanaları daxil olmaqla digər İrlandiya xəstəxanaları, həmçinin elektron qəbula yazılmanı ləğv ediblər. Təcili yardım xidmətləri hələ ki ştat rejimində işlərinə davam edirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib