MDB ölkələrinin diabet problemləri üzrə Ekspert Şurasının iclası keçiriləcək
16.05.2021 14:03

Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin diabet üzrə Ekspert Şurasının iclası mayın 17-də MDB-nin Minskdəki mənzil-qərargahında videokonfrans formatında keçiriləcək.

 

Aztibb.az MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, iclas iştirakçıları 10-a yaxın məsələni müzakirə etməyi planlaşdırırlar. Xüsusilə, Ekspert Şurasının üzvləri əvvəl qəbul etdikləri qərarların və 2016-2020-ci illər üçün şəkərli diabetin qarşısının alınması və müalicəsi üzrə əməkdaşlıq Proqramının icrasını yekunlaşdıracaqlar.

 

İclasda şəkərli diabet olan insanların COVID-19-a qarşı vaksinasiyası, dövlət registrlərinin təşkili və şəkərli diabet üzrə dövlət statistika hesabatlılığı sistemləri məsələlərinə baxılacaq. Qazaxıstan nümayəndələri şəkərli diabet olan xəstəyə tibbi yardımın göstərilməsi üzrə xərclərin qiymətləndirilməsi təcrübəsini bölüşəcəklər.

 

Bundan əlavə, Ekspert Şurasının üzvləri MDB ölkələrinin səhiyyə sahəsində əməkdaşlıq Şurasının növbəti iclasının gündəliyi layihəsinə daxil edilməsi üçün təklifləri razılaşdırmaq, bir sıra digər məsələlərə baxmaq niyyətindədirlər.

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib