ÜST zəngin ölkələri peyvənd dozalarını yoxsul ölkələrə ianə etməyə çağırıb
15.05.2021 11:00

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyanın zəngin ölkələrini uşaqların vaksinasiyasına başlamaq əvəzinə peyvənd dozalarını yoxsul ölkələrə ianə etməyə çağırıb.

 

Aztibb.az xəbər verir ki, təşkilatın baş direktoru Tedros Qebreyesus Cenevrədə növbəti dəfə belə bir çağırışla çıxış edib. O, bildirib ki, dünyada istehsal olunan peyvənd dozalarının yalnız 0,3 faizi əhalisinin gəliri aşağı olan ölkələrin sərəncamındadır. Həmin ölkələrin bir çoxunda heç tibbi heyət və xəstə baxıcılarının COVID-19 xəstəliyinə qarşı immunlaşdırılması həyata keçirilməyib.

 

“Mən başa düşürəm ki, nəyə görə bəzi ölkələr uşaq və yeniyetmələrin vaksinasiyasını həyata keçirmək istəyirlər. Lakin hazırkı məqamda bu məsələni yenidən fikirləşməyi israrla xahiş edirəm”, - deyən T.Qebreyesus zəngin ölkələri COVAX təşəbbüsünü dəstəkləməyə və təcili istifadəsi tələb olunmayan peyvənd partiyalarını, peyvənd dozalarını dünyada ədalətli bölgüsünü hədəf alan bu təşəbbüsün sərəncamına verməyə çağırıb.

 

ÜST rəhbəri bildirib ki, hazırda pandemiyanın ikinci ilinin ilk il ilə müqayisədə daha ağır və daha yüksək ölüm statistikası ilə keçəcəyi təhlükəsi mövcuddur və Hindistandakı vəziyyət xüsusilə ciddi narahatlıq doğurur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır