Təbii sakitləşdirici vasitə - Keşnişin FAYDALARI
14.05.2021 09:40

Azərbaycan mətbəxində də geniş istifadə edilən göyərti növlərindən olan keşniş yalnız kulinariyada deyil, həmçinin digər sahələrdə - tibbdə, aromaterapiyada, kosmetologiyada geniş tətbiq edilir.

 

Tərkibində bol miqdarda üzvi turşular, efir yağları, vitaminlər, mikro və makro elementlər var.

 

Aztibb.az keşniş bitkisinin müalicəvi xüsusiyyətlərini təqdim edir:

 

1. Xolesterinin səviyyəsini aşağı salır;

Keşnişin yarpaqlarında koriandrin maddəsi var ki, bu da yağ mübadiləsini tənzimləyərək "zərərli" xolesterinin miqdarını azaldır.

2. Ürəkbulanmanı aradan qaldırır;

Keşniş bioloji aktiv maddələrlə zəngindir. Bu xüsusiyyəti sayəsində o, mədə pozulmasının qarışısını alır, ürək bulanması və qusmanı aradan qaldırır.

3. Sümükləri möhkəmləndirir;

Keşniş kalsium mənbəyidir. Buna görə də o, sümüklərin möhkəm olması üçün çox vacibdir. Bu bitki sümüklərin əriməsinin qarşısını alaraq osteporozun əmələ gəlməsini aradan qaldırır.

4. Əsəbləri sakitləşdirir;

Müasir zamanda insan demək olar ki, hər gün stressə məruz qalır. Keşnişin tərkibində olan sedativ xüsusiyyətə malik sakitləşdirici maddələr stressin əlamətlərini aradan qaldıraraq insanı rahatladır. Buna görə də əsəbi insanlar bu göyərtidən bolluca istifadə etməlidirlər.

5. Yuxuya yaxşı təsir edir.

Gecələr yaxşı yatmaq istəyirsinizsə bol keşniş yeyin. Tərkibində B vitamini və manqnezium olan keşniş təbii sakitləşdirici kimi təsir göstərərək bədəni və düşüncələri rahatladır.

 

Keşnişli smuzi resepti

 

Tələb olunan ərzaqlar:

•2 fincan təmizlənmiş və doğranmış ananas;

•1 ədəd dondurulmuş və doğranmış banan;

•1-1,5 fincan doğranmış keşniş;

•1 x/q limon şirəsi;

•400 ml hind qozu südü.

 

Bütün ərzaqları kokteyl aparatına qoyun və bircinsli kütlə alınana qədər əzin. Alınan smuzini gün boyunca içərək daha gümrah və yüksək əhval-ruhiyyədə qalacaqsınız.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev