Xalq artisti Ağadadaş Ağayev əməliyyat olunub
12.05.2021 23:00

Xalq artisti Ağadadaş Ağayev əməliyyat olunub.

 

Aztibb.az xəbər verir ki, bu barədə müğənninin oğlu Səbuhi Ağayev məlumat verib.

 

O, atasının bu gün İstanbulda əməliyyat olunduğunu deyib: “Beş saata yaxın davam edən əməliyyat uğurla yekunlaşıb. Hazırda atam narkozdan ayılıb və səhhəti yaxşıdır”.

 

Qeyd edək ki, Xalq artisti xərçəng xəstəliyindən əziyyət çəkir.